Balıq yarmarkası başladı - 3 gün davam edəcək

15:23 12.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda balıq yarmarkası fəaliyyətə başlayıb. Yarmarka 3 gün davam edəcək.

Hafta.az xəbər verir ki, yarmarka paytaxtın Nəsimi rayonunda Keşlə Balıq Bazarı (3-cü mikrorayon dairəsi yaxınlığı) ərazisində təşkil olunub. Burada dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsulları alıcılara təqdim edilir.